"Liverpul" stadion işçilərinin məvacibini ödəyəcək

12:31 - 20 Mart 2020

İngiltərə Premyer Liqasının koronavirus pandemiyasına görə aprelin 30-dək təxirə salınmağından sonra "Liverpul" klub işçilərinə maaş ödəyəcəyini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, "qırmızılar" oyun günləri çalışan 100-dən çox işçinin məvacibini ödəməyə davam edəcək.

 

Aprelin 30-dək mersisaydlılar "Enfild Roud"un işçilərinə 200-250 min funt-sterlinq məvacib ödəyəcək.

Xəbər xətti