Koronavirusa yoluxan futbolçudan açıqlama: "Gözlərim alışırdı"

İtaliya C Seriyasında çıxış edən "Reccio"nun futbolçusu Alessandro Favalli açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı oyunçu yaşadığı anları anladıb:

 

"Martın 2-də çox pis şəkildə oyandım. Hərarətim var idi, başımda ağrılar hiss edirdim və gözlərim alışırdı. Gecə isə titrəyirdim, canımda soyuq var idi. Şübhələrim yaranmışdı. Çünki yanvarda qripə yoluxmuşdum. Təkrar qrip ola bilməzdim. Ailəmlə əlaqə saxladım, onlar da eyni vəziyyətdə olduqlarını dedi. Bir neçə gün öncə ailə ilə şam yeməyində hər birimizin virusa yoluxduğunu başa düşdüm.

 

Özüm üçün qorxmadım, ailəm üçün narahat oldum. Onlar məndən yaşlıdır və daha pis durumdadırlar. Hazırda futbolun azarkeşsiz davam etdirilməsi belə yanlış qərardır. A Seriyasında bir futbolçuda testin müsbət çıxacağından sonra Avropada oyunların dayanacağını bilirdim". 

Tarix: 20 Mart [23:55]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
29 Mart 2020
28  Mart 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio