“Qarabağ”ın himayədarı fonda 2 milyon manat köçürdü

2002-ci ildən “Qarabağ“ı himayəsinə götürən “Azərsun Holdinq” Şirkətlər Qrupu ölkə başçısı cənab İlham Əliyevin Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fondunun hesabına 2 milyon manat vəsait köçürüb.

 

Sportal.az xəbər verir ki, Şirkətlər Qrupuna məxsus Azərbaycan Sənaye Bankı da Prezidentin çağırışına səs verərək Fondun hesabına 250 min manat ianə edib.

 

Bütün dünyada yayılmış koronavirus infeksiya ilə mübarizə çərçivəsində ölkəmizdə elan olunmuş xüsusi rejimin bütün tələblərinə riayət edilərək “Azərsun Holdinq”in nəzdində fəaliyyət göstərəm bütün istehsal müəssisələr, satış və təminat bölmələri, Şirkətlər Qrupuna daxil olan pərakəndə satış şəbəkələri tam qüvvəsi ilə fəaliyyətini davam etdirir.

 

“Azərsun Holdinq” bu xüsusi günlərdə ərzaq təhlükəsizliyinin təmin edilməsində heç bir problemin olmayacağına və qida məhsulları qıtlığının yaşanmayacağına təminat verir.

Tarix: 24 Mart [14:45]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
31 Mart 2020
30  Mart 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio