Olimpiya Oyunları təxirə salındı - RƏSMİ

Tokio-2020 Yay Olimpiya Oyunları təxirə salınıb.

 

Sportal.az xəbər verir ki, öncə Yaponiya höküməti və Beynəlxalq Olimpiya Komitəsi bu barədə açıqlama yayıb. Ölkənin baş naziri Abe Şinzo olimpiadanın bu şərtlər altında reallaşmayacağını deyib. O, koronavirus pandemiyasının geniş yayılması səbəbi ilə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxla danışdığını və anlaşdıqlarını bildirib.

 

Baş nazir Tomas Baxla video-konfrans zamanı yarışın ən azı 1 il ertələndiyini söyləyib. Olimpiadanın ən azı 2021-ci ildə keçiriləcəyi ehtimal edilir. Yarışlar gələn il baş tutsa, Tokio-2020 adı ilə keçiriləcək.

 

Tokio-2020-nin iyulun 24-dən avqustunda 9-dək keçirilməsi planlaşdırılırdı.

Tarix: 24 Mart [16:41]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
31 Mart 2020
30  Mart 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio