Şevçenko Londonda karantinə alındı: "Çernobıl faciəsini görmüş insanam"

Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko Londonda karantinə alınıb.

 

Sportal.az xəbər verir ki, 43 yaşlı mütəxəssis koronavirus pandemiyasına görə bir müddət karantində qalacaq. Ukrayalı mütəxəssis "Sky Italia"ya bu barədə açıqlama verib:

 

"9 yaşında olarkən ölkəmdə Çernobıl faciəsi yaşanmışdı. Uzun müddət karantində qalmışdıq. Mən buna oxşar vəziyyəti onsuz da yaşamış insanam. Əgər axmaq addımlardan qaçsaq, koronavirusdan yayınarıq. Dünya və sakinlərini düşünməliyik. Hazırda Londondayam. 10 gün ərzində başqa yerə getmədik. İtalliyada olanlardan xəbərdaram. Oradakı insanların həyatı üçün narahatam. Ümid edirəm ki, hər şey müsbət sonluqla bitəcək. Birlikdə qalacağıq, virusdan xilas olacağıq".

Tarix: 28 Mart [23:55]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio