Futzal federasiyasının keçmiş prezidenti vəfat etdi

17:53 - 29 Mart 2020

Bu gün Azərbaycan Futzal Federasiyasının İcraiyyə Komitəsinin üzvü Ağarza Rzayev 66 yaşında dünyasını dəyişib.

 

Sportal.az xəbər verir ki, federasiya bununla bağlı başsağlığı verib.

 

Ağarza Rzayev müxtəlif illərdə “Spartak”, “Avtomobilçi” komandalarında futbol oynayıb. 1994-1999-cu illərdə futzal üzrə Azərbaycan milli komandasının rəisi, 1999-2008-ci illərdə Azərbaycan Futzal Federasiyasının prezidenti olub.

 

2013-2018-ci illərdə futzal üzrə ölkə çempionatının oyunlarına hakim-inspektor kimi təyinat alıb. 2018-ci ilin iyulundan AFF-nin İcraiyyə Komitəsinin üzvü olub.  

 

Allah rəhmət eləsin!

 

Xəbər xətti