Terimlə Albayrakın son durumu - xəstəxanadan çıxmayıblar

COVID-19-a yoluxan “Qalatasaray”ın vitse-prezidenti Abdurrahim Albayrak və baş məşqçisi Fatih Terim virusla mübarizə aparırlar.

 

Sportal.az xəbər verir ki, 66 yaşlı məşqçinin qızı Buse Terim sosial şəbəkə hesbaında atasının sağaldığı barədə yayılan xəbərin doğru olmadığını qeyd edib:

 

"Atamın son testinin cavabı hələ gəlməyib. Son xəbərlər doğru deyil. Atam virusa hələ qalib gəlməyib. O, özəl klinikada müalicə alır. Gözəl xəbərlər gələn zaman paylaşarıq".

 

Xanımı Şükran Albayrakla birgə koronavirusa yoluxan Abdurrahim Albayrak sağaldıqlar barədə xəbəri təkzib edib. O, müalicəyə davam etdiklərini deyib: "Son testimin cavabı hələ gəlməyib. Xəbər çıxan kimi məlumat yayacağam. Hər birinizə təşəkkür edirəm".

Tarix: 30 Mart [00:00]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio