Premyer Liqanın bərpası ilə bağlı yeni variant

11:49 - 30 Mart 2020

Koronavirus pandemiyasına görə dayandırılan İngiltərə Premyer Liqası iyun-iyul aylarında bərpa edilə bilər.

 

Sportal.az “The Independent” nəşrinə istinadən xəbər verir ki, qarşılaşmaların London və digər şəhərlərdəki məşq bazalarında keçirilməsi variantı müzakirə olunur. Təklif qəbul edilsə, matçlar azarkeşsiz keçiriləcək.

 

Premyer Liqanın başa çatmağına 9 tur qalıb. Çempionatın turnir cədvəlinə 82 xalla "Liverpul" başçılıq edir. "Mançester Siti" 57 xalla 2-ci, "Lester Siti" 53 xalla 3-cü, "Çelsi" 48 xalla 4-cü, "Mançester Yunayted" 45 xalla 5-cidir.

Xəbər xətti