Slovakiyalı futbolçu koronavirusa görə Türkiyə klubundan ayrıldı

14:36 - 30 Mart 2020

Türkiyənin “Konyaspor” klubu futbolçusu Robert Makla yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, Slovakiya millisinin üzvü koronavirus pandemiyasına görə ailəsinin yanında olmaq istədiyini kluba bildirib. Super Liqa təmsilçisi mövsümün sonunda müqaviləsi başa çatacaq oyunçunun sözləşməsinə xitam verməyə qərar verib.

 

 

 

29 yaşlı yarımmüdafiəçi qış fasiləsində "Zenit"dən "Konyaspor"a keçmişdi.

Xəbər xətti