20 turda 26 futbolçu

“Qəbələ” Azərbaycan Premyer Liqasının arxada qalan 20 turunda 26 futbolçunun xidmətindən yararlanıb.

 

Sportal.az xəbər verir ki, Amin Seydiyevlə Qismət Alıyev koronavirus pandemiyası üzündən dayandırılan çempionatda “qırmızı-qara” forma ilə hamıdan çox – hərəyə 19 oyun keçirib. Amin bu görüşlərdə əvəzolunmadan meydanda olub.

 

Əcnəbilər arasında Merab Qiqauri, Fernan Lopes və Klesio Bauk daha çox – 18 matçda şans qazanıb. Daha iki oyunçu - Ülvi İsgəndərovla Rövlan Muradov da eyni sayda qarşılaşmanın iştirakçısı olub.

 

Komandanın qollarına 9 oyunçu imza atıb. Baş tutan 20 görüşdəki ən məhsuldar oyunçusu qış fasiləsində “Qəbələ”dən ayrılan Davit Volkovdur. Onun hesabında 5 top var. Qışda heyətə qatılan Nikolas Raysel isə 4 matçda 4 qol vurmaqla yüksək məhsuldarlığı ilə seçilib. Rövlan Muradovun da aktivində eyni sayda qol var.

 

Fernan Lopeslə Ülvi İsgəndərov 3, İvitsa Juniç 2 dəfə fərqlənib. Amin Seydiyev, Qismət Alıyev və Roman Hüseynovun 1 qolu var. Daha bir qol isə rəqib avtoqolu sayəsində gerçəkləşib. Bu topun müəllifi Donald Geryedir (“Neftçi”).

 

futbolçu oyun dəqiqə qol sarı qırmızı

Amin Seydiyev 19 1710 1 4 0

Qismət Alıyev 19 1661 1 3 1

Merab Qiqauri 18 1589 0 7 0

Klesio Bauk 18 1486 0 2 0

Fernan Lopez 18 1478 3 7 1

Rövlan Muradov 18 983 4 3 0

Ülvi İsgəndərov 18 780 3 3 0

İvitsa Juniç 17 1505 2 3 0

Anar Nəzirov 15 1313 -21 4 1

Davit Volkov 14 1182 5 1 0

Yusif Nəbiyev 14 1068 0 0 0

Asif Məmmədov 13 963 0 3 1

Roman Hüseynov 13 797 1 3 0

Sadiq Quliyev 9 529 0 3 0

Murad Musayev 8 542 0 1 0

Tərlan Əhmədli 7 485 -14 1 0

Rasim Ramaldanov 5 400 0 1 0

Ehtiram Şahverdiyev 5 183 0 0 0

Nikolas Raysel 4 271 4 2 0

Abdelrafik Jerar 4 206 0 1 0

Faiq Hacıyev 4 145 0 2 0

Kristian Kouakou 4 118 0 0 0

İbrahima Niasse 3 193 0 1 0

İdris İnqilablı 3 123 0 1 0

Rodriqo Qattas 2 33 0 0 0

Yaovi Akakpo 1 7 0 0 0.

Tarix: 31 Mart [00:28]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio