"Borussiya"nın stadionu koronavirusla mübarizə mərkəzinə çevrildi

15:39 - 4 Aprel 2020

Almaniyanın "Borussiya" klubunun ev oyunlarını keçirdiyi "Siqnal İduna Park" stadionu müalicə mərkəzinə çevrilib.

 

Sportal.az xəbər verir ki, Dortmund təmsilçisi 81 min azarkeş tutumuna malik olan stadionun koronavirus pandemiyasına qarşı mübarizədə istifadə ediləcəyini açıqlayıb.

 

Öncə Braziliyada "Marakana" stadionu COVID-19-la mübarizə üçün istifadəyə verilib.

Xəbər xətti