"Survivor"u tərk edən Pərvizə daha bir şok xəbər

23:42 - 8 Aprel 2020

“Pərviz Abdullayev ən azı mayın ortasınadək Dominikanda qalacaq. Ondan əvvəl “Survivor”dan çıxanlar da həmin ölkəni tərk etməyib. Onlar hamısı hoteldə qalır”.

 

Sportal.az xəbər verir ki, bunu oxu.az-a “Kobra” ləqəbli kikboksçu Pərviz Abdullayevin şəxsi məşqçisi Mehman Umudov deyib. O, dünən SMS səsverməsi ilə “Survivor” yarışını tərk etmiş Pərviz Abdullayevin Bakıya qayıtmayacağını bildirib:

 

“İndi heç bir ölkəyə uçuş yoxdur. Uçuş olsa, ABŞ-a, ordan da Türkiyəyə getməlidir. ABŞ bütün sərhədlərini xarici ölkələrin üzünə bağlayıb. Türkiyədə də karantinə alınacaq. Elə Dominikanda qalsa, yaxşıdır”.

 

Şimali Amerika materikində – Karibyanı dəniz hövzəsi ölkəsi olan Dominikan Respublikasında 1956 nəfər koronavirusa yoluxub. Lakin həmin ölkədə hələlik ölüm faktı qeydə alınmayıb.

Xəbər xətti