20 tur, 19 penalti, 16 qol

18:18 - 10 Aprel 2020

Koronavirus pandemiyası üzündən dayandırılan Azərbaycan Premyer Liqasının 2019/20 mövsümündə 19 penalti təyin olunub.

 

Sportal.az xəbər verir ki, 20 turun 80 matçında 16 qol 11 metrlik nöqtədən vurulub. Digər 3 penalti zərbəsi dəqiq olmayıb.


Meydan sahibləri 10, qonaqlar 9 dəfə 11 metrlik cərimə zərbəsi yerinə yetirib. Qolla nəticələnməyən hər üç penalti meydan sahiblərinin passivindədir.

 

“Səbail” hamıdan çox – 6 belə zərbə vurubsa, “Sabah” penalti imkanı qazanmayıb. “Sumqayıt” ən çox cəzalanan komandadırsa, “Qarabağ”ın qapısına penalti təyin edilməyib.

 

Emin Mahmudov (“Neftçi”), Nikolas Raysel (“Qəbələ”), Mehdi Şərifi, Peyman Babayi (hər ikisi “Sumqayıt”), Hendrik Ekşteyn (“Səbail”) və Ağabala Ramazanov (“Səbail”də olarkən) hərəyə 2 penalti zərbəsi vurub. Bu oyunçulardan yalnız Ramazanov bir imkanı qaçırıb.

 

Xəbər xətti