Çempionlar Liqasının finalı İstanbuldan alına bilər - iddia

12:45 - 15 Aprel 2020

Koronavirusa görə dayandırılan Çempionlar Liqası ilə bağlı müxtəlif iddialar yayılmaqdadır.

 

Sportal.az "La Repubblica" nəşrinə istinadən xəbər verir ki, turnirin final oyunu İstanbulda keçirilməyə bilər. Buna səbəb Türkiyədə COVID-19 pandemiyasına yoluxanların sayının artmasıdır.

 

UEFA aprelin 23-ü növbəti videkonfrans təşkil edəcək və turnirlərin taleyini müzakirə edəcək.

 

Çempionlar Liqasının finalı Türkiyənin İstanbul şəhərində yerləşən Atatürk Olimpiya Stadionunda keçiriləcək.

 

Xəbər xətti