Azərbaycan klublarına məşq üçün icazə verilə bilər

“Çempionatın bərpası ilə bağlı Nazirlər Kabineti yanında Operativlə Qərargahla əlaqə saxlamamışıq, onlara hər hansı bir müraciətimiz də olmayıb. Qərargahın verdiyi qanunlar var, bunlar ictimaiyyətə açıqlanıb, biz də riayət edirik”. 

 

Sportal.az xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev deyib. 

 

PFL rəsmisi qurumun AFFA və klublar rəhbərləri ilə daim əlaqədə olduğunu sözlərinə əlavə edib: “Bu məsələlərlə bağlı daim danışıqlar olur. Sadəcə, müzakirə olunanları ictimaiyyətə açıqlamırıq”.

 

Şahgəldiyev karantin müddəti uzadılandan sonra komandalara məşq üçün icazə verilməsi məsələsinə də münasibət bildirib: “Hər şey ola bilər, bütün məsələlər müzakirə olunur. Sadəcə müzakirə olunanları açıqlamaq istəmirik. Nazirlər Kabinetinin qəbul edəcəyi qərarlardan çox şey asılıdır. Aprelin 20-dən sonra karantin müddətinin uzadılacağı və hansı müəssisələrə işləmək üçün icazə veriləcəyi deyiləcək. Yəqin ki, qadağalar aradan qalxsa, müəyyən güzəştlər olacaq. Biz də Operativ Qərargahın tələb və tövsiyələrini yerinə yetirməliyik”.

 

Azərbaycan Premyer Liqasında fasilənin müddəti qeyri-müddətədək uzadılıb. 

Tarix: 18 Aprel [15:15]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
31 May 2020
30  May 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio