"Sevilya"nın Sərdar Azmun planı

İspaniyanın "Sevilya" klubu "Zenit"in hücumçusu Sərdar Azmunu transfer etmək istəyir.

 

Sportal.az AS nəşrinə istinadən xbər verir ki, əndəlüslər hücum xəttində rəqabəti gücləndirmək üçün 25 yaşlı hücumçunu sıralarına qatmaq fikrindədir. Klubun idman direktoru Ramon Monçi iranlı futbolçunun oyun fəlsəfələrinə uyğun gəldiyini düşünür.

 

Futbolçu ilə "Atletiko" (Madrid), "Napoli", "Vest Hem" və "Lester Siti"nin də maraqlandığı iddia edilir. Rusiya klubunun Azmun üçün 35 milyon avro tələb etdiyi qeyd edilir.

 

İran millisinin üzvü 2019-cu ildə "Rubin"dən "Zenit"ə keçib.

Tarix: 19 Aprel [16:16]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
2 İyun 2020
1  İyun 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio