"Barselona" Ndombeleyə görə "Tottenhem"ə 2 futbolçusunu təklif edir

14:44 - 25 Aprel 2020

"Barselona" "Tottenhem"in yarımmüdafiəçisi Tanquy Ndombele ilə maraqlanır.

 

Sportal.az xəbər verir ki, katalonlar koronavirus pandemiyasının təsiri ilə yaranmış maliyyə böhranına görə, London təmsilçisinə böyük transfer məbləği təklif edə bilməyəcək. Buna görə də klub qarşı tərəfə müdafiəçisi Samuel Umtiti ilə Nelson Semedunu verməyə hazırdır.

 

Premyer Liqa klubunun baş məşqçisi Joze Mourinyo Umtiti və Semedunu sərəncamında görmək istəsə, dəyişiklik gerçəkləşə bilər.

 

Fransa millisinin üzvü olan Tanquy Ndombele 2019-cu ildə 60 milyon avro qarşılığında "Lion"dan "Tottenhem"ə keçib. 23 yaşlı yarımmüdafiəçi klub tarixinin ən bahalı transferidir.

Xəbər xətti