"Qarabağ" rəhbərliyi və futbolçuları Ağdamda - FOTOLAR

"Qarabağ"ın rəhbərliyi, komandanın baş məşqçisi Qurban Qurbanov və futbolçular Ağdama səfər edib.

 

Sportal.az APA-ya istinadən xəbər verir ki, “Qarabağ”ın nümayəndə heyətinin rayona səfərinin məqsədi koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə karantin rejimində yaşayan ailələrlə görüşmək olub. Nümayəndə heyəti 1500 ailəyə ərzaq bağlaması çatdırıb.

 

Qurban Qurbanov jurnalistlərə açıqlamasında bildirib ki, komanda heyəti ilə mütəmadi əlaqə saxlayır: “Futbolçular hamısı öz evindədir. Biz onlarla tez-tez əlaqə saxlayır, görüntülü danışırıq. Bəzən isə görüntülü məşqlər edirik. Çalışırıq ki, futbolçularımızı boş buraxmayaq”.

 

 

Tarix: 2 May [16:38]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
31 May 2020
30  May 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio