Əmir Ağayev: "Sumqayıt"da ödənilməyən maaşlarımız var"

"Sumqayıt"ın futbolçusu Əmir Ağayev one.co.il saytına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, israilli yarımmüdafiəçi koronavirusa görə dayandırılan Azərbaycan Premyer Liqasının bərpa ediləcəyinə inanmadığını deyib:

 

"Komanda ilə "Zoom" proqramı vasitəsi ilə onlayn məşqlər keçirdik. Qəflətən televiziya vasitəsilə elan etdilər ki, karantin müddəti mayın 31-dək uzadılıb. Komandada özümlə birlikdə təqribən 15 oyunçunun müqaviləsi mövsümün sonunda başa çatacaq. Bu, müəyyən problemlər yaradacaq. İsrail hökuməti vətəndaşlarını ölkəyə aparmaq üçün xüsusi reyslər təşkil edir. Amma hazırda qeyri-müəyyənlikdir. Çünki qayıdıb-qayıtmayacağım sual altındadır.

 

Mayın 31-də “Sumqayıt”la müqaviləm başa çatacaq və azad agent olacam. Bu halda İsrailə qayıda bilərəm. Digər tərəfdən, hələ də ödənilməyən maaşlarımız var. Bu, kabus və qeyri-müəyyənlikdir. Növbəti mövsümdə də burda davam edib-etməyəcəyimdən asılı olmayaraq, mütləq ölkəmə yollanacam. Çünki bir ildir İsraildən kənardayam. Yoldaşım hamilə olduğu üçün qış fasiləsində gedə bilmədim. İndiki vəziyyətdə ölkəmə qayıdıb-qayıtmayacağım isə hələ məlum deyil”.

 

Tarix: 4 May [15:00]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 May 2020
26  May 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio