"Bu yay çox transfer olacağına inanmıram" - Yupamekanonun agenti

11:36 - 11 May 2020

"Leyptsiq"in müdafiəçisi Dayo Yupamekanonun agenti Volker Strut müştərisinin gələcəyi barədə danışıb.

 

Sportal.az xəbər verir ki, o, fransalı futbolçunun Bundesliqa klubunda qalacağını deyib:

 

"Mənə elə gəlir ki, müqaviləsi mövsümün sonunda başa çatacaq futbolçular üçün çətin vəziyyət yaranacaq. Bu yay çox transfer edəcəyimizə inanmıram. Əksinə, klublar daha çox icarəyə götürməyə üstünlük verəcək. Transfer pəncərəsi sakit keçəcək. Ancaq bir gün əvvəlki partlayış gələcək. Yupamekanonun gələcəyi? Mən onsuz da bu yay çox transfer olacağına inamıram. Bu, eyni zamanda Yupamekanoya da aiddir".

 

"Bayern", "Real", "Milan", "Barselona", "Çelsi" və "Arsenal"ın 21 yaşlı oyunçu ilə maraqlandığı iddia edilir.

Xəbər xətti