PSJ Silvanın müqaviləsini uzadır

13:56 - 14 May 2020

Fransanın PSJ klubu Tyaqo Silva ilə müqaviləni uzatmaq istəyir.

 

Sportal.az "Footmercato"ya istinadla xəbər verir ki, Paris təmsilçisi illik 14 milyon avro maaş alan 35 oyunçuya daha bir mövsüm klubda qalmağı təklif edəcək. Paytaxt klubu braziliyalının maaşını azaltmağı fikirləşir və oyunçunun bu təklifə müsbət yanaşacağına ümid edir.

 

PSJ Silvanı 2012-ci ildə "Milan"dan 42 milyon avroya transfer edib. Təcrübəli oyunçu bu mövsüm 30 oyunda 1 qol vurub, 1 assist edib.

Xəbər xətti