Dino Ndlovu: "Qarabağ" adını dünyaya tanıtdırmaq istəyirdik"

11:57 - 18 May 2020

Çinin "Hançjou Qrintaun" klubunda çıxış edən Dino Ndlovu "Qarabağ"da oynayarkən Çempionlar Liqasının pley-off mərhələsində Danirmarkada "Kopenhagen"ə qalib gəldikləri oyundan danışıb.

 

Sportal.az "Germiston City News" nəşrinə istinadla xəbər verir ki, 30 yaşlı cənubi afrikalı hücumçu vurduğu tarixi qol barədə danışıb:

 

"Ağdamın "Qarabağ" klubunu dünyaya tanıtdırmaq istəyirdik. İlk hissə bizim bir komanda olaraq ən pis oyunumuz idi. Baş məşqçimiz dedi ki, "Kopenhagen" 2-ci hissəni hücumda keçirəcək və bizim 1-2 fürsətimiz olacaq. İkinci hissənin startından 6 dəqiqə sonra qol vurdum".

 

"Qarabağ" 2017-ci ildə Çempionlar Liqasının pley-off mərhələsində "Kopenhagen"i mübarizədən kənarlaşdırmaqla turnirin qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu olub.

Xəbər xətti