Poqba Fransa klubu ilə müqavilə imzaladı

MLS təmsilçisi "Atlant"dan ayrılan Florentin Poqba karyerasını Fransada davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, qvineyalı müdafiəçi II Liqa təmsilçisi "Soşo"ya keçib. Klub 29 yaşlı oyunçu ilə 3 mövsümlük müüqavilə bağladığını açıqlayıb.

 

Florentinin əkiz qardaşı Matias Poqba İspaniyanın "Lorka" klubunda oynayır. Ailənin kiçik övladı Pol Poqba isə qardaşlarından daha məşhurdur. Fransa millisinin üzvü olan yarımmüdafiəçi "Mançester Yunayted" klubunda çıxış edir.

 

"Selta"nın yetirməsi olan Florentin Poqba "Sedan", "Sent-Etyen", "Gənclərbirliyi" klublarının formasını geyinib.

Tarix: 18 May [17:02]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
29 May 2020
28  May 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio