"Neymarın "Barselona"ya qayıdışı mümkün deyil"

17:44 - 18 May 2020

Braziliyalı keçmiş futbolçu Covane Elber həmyerlisi Neymarın "Barselona"ya qayıdacağına inanmır.

 

Sportal.az xəbər verir ki, o, "Cadena Ser"ə açıqlamasında 2017-ci ildə 222 milyon avro qarşılığında Kataloniya klubundan PSJ-yə keçən "sambaçı"nın İspaniya təmsilçisindən xoş ayrılmadığını və geri dönəcəyini düşünmədiyini söyləyib:

 

"Neymarın "Barselona"ya qayıdışı mümkün deyil. O, klubdan pis ayrıldı, dünyann ən yaxşısı olmaq istədiyi üçün getdiyini demişdi. PSJ-də oynayaraq dünyann ən yaxşısı ola bilməzsən. Bunun üçün "Barselona"da, "Real"da - Çempionlar Liqasının qalibi ola biləcəyin klubda çıxış etməlisən. PSJ-nin növbəti 4 il ərzində ÇL qazanacağını dcüşünmürəm".

Xəbər xətti