Tounkara qol vurdu, Novruzov 90 dəqiqə oynadı - VİDEO

22:41 - 30 May 2020

Estoniya çempionatında 4-cü turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Nurlan Novruzovun çıxış etdiyi “Narva Trans” klubu səfərdə “Kuressaare” ilə qarşılaşmada 2:3 hesabı ilə uduzub.

 

“Narva Trans”ın qollarından birini Azərbaycanda "Xəzər Lənkəran", AZAL və "Zirə" klublarında oynamış malili yarımmüdafiəçi Sadio Tounkara vurub.

 

Nurlan isə start heyətdə meydana çıxıb və sona qədər oynayıb.

 

“Narva Trans” 4 turdan sonra 1 xalla sonuncudur.

 

Xəbər xətti