"Hər şey yolunda gedərsə, "Bayern"də yeni dönəm başlayacaq"

12:48 - 31 May 2020

"Bayern"in fəxri prezidenti Uli Höness "Mançester Siti"nin futbolçusu Leroy Sanenin mümkün transferi barədə danışıb.

 

Sportal.az xəbər verir ki, o alman futbolçunun Münhen klubuna gələcəyi halda, perspektiv vəd edən heyətin formalaşacağını deyib:

 

"Manuel Noyerlə yeni müqavilə imzaladıq. Ümid edirəm ki, David Alaba və Tyaqo Alkantara da sözləşmələrinin uzadılmasına razı olacaqlar. Coşua Kimmix, Niklas Zule və Robert Levandovski bizimlədir. Leroy Sane komandamıza gəlsə, Kinqsli Koman və Serj Qnabri bizdə qalsa, gələcək vəd edən güclü komandamız olacaq. Hər şey yolunda gedərsə, "Bayern"də yeni dönəm başlayacaq".

Xəbər xətti