Dabonun "Apollon"dakı maaşı müəyyənləşdi - "Neftçi"dəkindən az qazanacaq

14:54 - 1 İyun 2020

"Neftçi" ilə müqaviləsi başa çatan Baqali Dabo karyerasını Kiprdə davam etdirəcək.

 

Sportal.az-ın məlumatına görə, 31 yaşlı hücumçu "Apollon"la 1+1 illik müqavilə imzalayacaq. Onun aylıq maaşı 15 min avro olacaq. Tərəflər müqavilənin son detallarını müzakirə edir.

 

Fransalı futbolçu "Neftçi"də aylıq 25 min dollar məvacib alırdı.

 

31 yaşlı hücumçu 2018-ci ildə "Qəbələ"dən "Neftçi"yə keçmişdi. Dabo bu mövsüm Premyer Liqada 15 oyunda 7 qol vurub.

 

Xəbər xətti