Millinin yeni baş məşqçisi avqustda açıqlanacaq

00:10 - 2 İyun 2020

2019-cu ilin dekabrında Nikola Yurçeviçin gedişindən sonra Azərbaycan millisinin baş məşqçi postu boş qalıb. Sportal.az xəbər verir ki, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov "CBC Sport"da "Bizim futbol" verilişində avqustda yığmanın yeni baş məşqçisinin müəyyənləşəcəyini deyib:

 

"Baş məşqçi təyinatı avqustda ola bilər. Üç məşqçi ilə danışıq gedirdi və martda onlardan biri ilə müqavilə imzalamağı planlaşdırırdıq. Ancaq koronavirus pandemiyasına görə alınmadı. Amma bir həftə əvvəl həmin əcnəbi məşqçilərlə danışıqları bərpa etdik. Millətlər Liqasının təqvimi dəyişməsə, avqustda millinin yeni baş məşqçisi açıqlanacaq".

Xəbər xətti