"Arsenal" Kökçünü 23 milyona transfer etməyə hazırdır

Niderlandın “Feyenoord” klubunda çıxış edən Türkiyənin U-21 millisinin üzvü Orkun Kökçü “Arsenal”ın transfer hədəfindədir.

 

Sportal.az “Voetbal International” nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi 19 yaşlı yarımmüdafiəçinin keçidi üçün 23 milyon funt-sterlinq təzminat ödəməyə hazırdır.

 

Kökçünü İspaniyanın "Sevilya" klubu da almaq istəyir.

 

"Feyenoord"un yetirməsi bu mövsüm 35 oyunda 2 qol vurub, 6 assist edib.

 

Orkun Kökçünün qardaşı Ozan Can Kökçü “Sabah”da çıxış edir və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvüdür.

Tarix: 4 İyun [10:10]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio