Bordinin yeni iş yeri müəyyənləşmək üzrədir

10:59 - 4 İyun 2020

Yanvarda "Neftçi"dən ayrılan Roberto Bordinin yeni iş yeri müəyyənləşmək üzrədir.

 

Sportal.az tuttomercatoweb.com-a istinadla xəbər verir ki, İtaliya C Seriyasında mübarizə aparan "Sambenedettese" klubu 55 yaşlı mütəxəssisi baş məşqçi postuna gətirmək istəyir.

 

İtaliyalı mütəxəssis ölkəsində çalışmaq arzusunda olduğu üçün bu təyinatın baş tutacağı ehtimalı böyükdür.

 

Bordin 2018-2020-ci illərdə "Neftçi"ni çalışdırıb.

Xəbər xətti