İsmayıl satılmayacaq

13:13 - 5 İyun 2020

"Milan" yarımmüdafiəçisi İsmayıl Bennaseri satmağı planlaşdırmır.

 

Sportal.az "La Gazetta dello Sport"a istinadla xəbər verir ki, "qırmızı-qaralar" PSJ və "Mançester Siti"nin transfer hədəfində olan futbolçunu komandanın ayrılmaz hissəsi kimi görür.

 

Məlumata görə, "Milan"ın yeni baş məşqçisi olacağı gözlənilən almaniyalı mütəxəssis Ralf Ranqnik oyun planını əlcəzairli futbolçunun üzərində qurmaq fikrindədir.

 

Bennaser 2019-cu ildən “rossonerilər”də oynayır. 22 yaşlı əlcəzairli yarımmüdafiəçi bu mövsüm 23 oyunda 1 assist edib.

 

Xəbər xətti