Bordinə daha bir müştəri

16:55 - 5 İyun 2020

Mövsümün gedişində “Neftçi”dən ayrılan Roberto Bordinlə İtaliyanın C Seriyasında mübarizə aparan daha bir klub maraqlanır.

 

Sportal.az xəbər verir ki, Canluka Atsorinin ayrılığından sonra “İmolese” klubu 55 yaşlı çalışdırıcını komandanın baş məşqçi postuna gətirmək istəyir.

 

Daha öncə C Seriyasının digər təmsilçisi “Sambenedettese”nin Bordinlə maraqlandığı iddia edilmişdi.

 

İtaliyalı mütəxəssis 2018-2020-ci illərdə “Neftçi”nin baş məşqçisi olub.

Xəbər xətti