İlk dəfə iyun və iyulda⁣

Koronavirus pandemiyası üzündən dayandırılan və iyunun 21-də bərpa olunacaq Azərbaycan Premyer Liqası “Zirə” üçün ilklə əlamətdar olacaq.

 

Sportal.az xəbər verir ki, “qartallar” tarixində ilk dəfə çempionat matçlarını iyun və iyulda keçirəcək. Komanda mövsümün son 8 turundakı qarşılaşmalarından üçü iyun, üçü iyul ayına təsadüf edəcək.

 

İndiyədək Premyer Liqada 140 matça çıxan “Zirə” ilin 10 müxtəlif ayında qüvvəsini sınasa da, iyun və iyulda heç bir görüş keçirməyib.

 

“Qartallar” fevralda daha çox – 20, aprel və oktyabrda 18 dəfə meydana çıxıb. Ən az oyunun keçirildiyi ay isə yanvardır – 2 matç.⁣

 

Tarix: 6 İyun [16:41]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio