Kloppdan Haverts və Verner açıqlaması

10:22 - 7 İyun 2020

"Liverpul"un baş məşqçisi Yurgen Klopp adı komanda ilə hallanan Timo Verner və Kay Havertsin mümkün keçidi barədə danışıb.

 

Sportal.az xəbər verir ki, alman mütəxəssis hər iki futbolçunun yüksək keyfiyyətlətə sahib olduğunu bildirib:

 

"Planetimizdə çox yaxşı futbolçular var. Timo Verner və Kay Haverts möhtəşəm oyunçulardır. Transferləri üçün doğru zaman və fürsət bir araya gəlməlidir. Yaxın zamanda mövsümü sona qədər tamamlayıb-tamamlamayacağımızı bilmirik. Hər şey çox sürətlə dəyişir".

 

Verner bu mövsüm "Leyptsiq"də 41 oyunda 31 qol vurub, 12 assist edib. Haverts isə "Bayer"də 38 oyunda 15 qol vurub və 8 assistlə yadda qalıb. Hər iki oyunçu Almaniya millisinin üzvüdür.

Xəbər xətti