Jelko Sopiç: "Böyük fasilədən sonra nəsə demək düzgün deyil"

00:39 - 14 İyun 2020

"Sabah"ın baş məşqçisi Jelko Sopiç "Zirə" ilə yoxlama oyunundan (1:0) sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, xorvatiyalı mütəxəssis oyunu şərh edib:

 

"Adi yoxlama oyunu idi. Matçın ilk 30 dəqiqəsində hava çox isti idi ki, bu da, hər iki komandaya çətinlik yaradırdı. Qarşılaşmada futbolçuların əksəriyyətinə şans verdim. Bəzi oyunçularda səhvlər var idi. Ancaq onlara irad tutmaq istəmirəm. Fikrimcə, böyük fasilədən sonra onlara nəsə demək düzgün deyil. Yoldaşlıq görüşü idi, nəticə önəmli deyildi".

Xəbər xətti