Çempionlar Liqasının finalı İstanbuldan alındı

15:15 - 16 İyun 2020

Sabah UEFA-nın İcariyyə Komitəsinin videokonfransında Çempionlar Liqası və Avropa Liqası ilə bağlı qərar veriləcək.

 

Sportal.az "Sky Sports"a istinadla xəbər verir ki, turnirlərin formatı ilə bağlı planlar məlumdur. Çempionlar Liqasında mövsümün qalan oyunları avqustun 12-dən 23-dək Portuqaliyada keçiriləcək. Turnirin finalı isə İstanbuldan alınıb, Lissabona veriləcək. 2021-ci ildə keçiriləcək ÇL-in finalı Türkiyənin şəhərində baş tutacaq.

 

Oyunlar bir görüşdən ibarət olacaq. Qarşılaşmalar "da Luş" və "Joze Alvelade" stadionlarında baş tutacaq.

 

Avropa Liqasının qarşılaşmalarının isə Almaniyanın Frankfurt və Düsseldorf şəhərlərində keçirilməsi gözlənilir.

Xəbər xətti