UEFA-nın futzal yarışları ilə bağlı qərarları

Bu gün UEFA İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, futzal yarışları ilə bağlı aşağıdakı qqərarlar qəbul edilib:
 

- Dünya çempionatının pley-off oyunları bu il noyabrın 2-dən 11-dək keçirilsin;

 

-  Avro-2022-nin ilkin seçmə mərhələsinin pley-off oyunları bu il noyabrın 2-dən 11-dək keçirilsin;

 

- Avro-2022-nin əsas qrup mərhələsinin oyunları  bu il dekabrın 6-dan gələn il aprelin 14-dək, pley-off qarşılaşmaları isə gələn il noyabrın 14-dən 17-dək keçirilsin;

 

- Qadınlardan ibarət milli komandaların iştirakı ilə Avro-2022-nin ilkin mərhələsinin görüşləri gələn il mayın 4-dən 9-dək, əsas mərhələsinin oyunları oktyabrın 19-dan 24-dək, final mərhələsinin qarşılaşmaları isə 2022-ci il martın 24-dən 27-dək keçirilsin;

 

- 19 yaşadək futzalçılardan ibarət milli komandaların iştirakı ilə Avropa çempionatının final mərhələsinin oyunları gələn il noyabrın 1-dən 7-dək keçirilsin;

 

- UEFA Çempionlar Liqasının “Dördlər finalı” bu il oktyabrın 8-dən 11-dək Barselonadakı “Palau Blaugrana”da keçirilsin (“Barsa” (İspaniya) – KPRF (Rusiya), “Mursia” (İspaniya)– “Tümen” (Rusiya));  Bu turnirin gələn ilin aprelində keçiriləcək “Dördlər finalı” isə “Minsk Arena”da təşkil edilsin.

Tarix: 17 İyun [22:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
9 Avqust 2020
8  Avqust 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio