"Sabah" "Qarabağ"ın futbolçusunu transfer etdi

12:00 - 28 İyun 2020

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin qapıçısı Nicat Mehbalıyev bundan sonra paytaxt klubunun uğurları üçün çalışacaq. Gənc qolkiperlə 3 illik müqavilə bağlanıb.

 

19 yaşlı qapıçı karyerası ərzində “Qarabağ” və “Sumqayıt” klublarında çıxış edib.

 

“Sabah” daha öncə Amin Seydiyev, İdris İnqilablı, Samir Məhərrəmli və Slavik Alxasovun keçidini rəsmiləşdirmişdi.

Xəbər xətti