Çində mövsümün başlayacağı vaxt açıqlandı

22:22 - 1 İyul 2020

Çin Super Liqas;n;n başlayacağı tarix müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Çin Futbol Assosiasiyası mövsümün iyulun 25-də başlayacağını açıqlayıb.

 

Mövsümün startı fevralın 22-ə təyin edilsə də, koronavirus pandemiyası səbəbindən qeyri-müəyyən müddətədək təxirə salınmışdı.

 

Bütün çempionat matçları azarkeşsiz keçiriləcək. 16 komanda iki qrupa bölünəcək, hər qrupdan ən yaxşı 4 komanda pley-offa çıxacaq. Sonuncu yerləri tutanlar isə liqada qalmaq üçün bir-biriləri ilə oynayacaqlar.

Xəbər xətti