Baqali Dabonun yeni klubu müəyyənləşdi

20:20 - 3 İyul 2020

"Neftçi"dən ayrılan Baqali Dabonun yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, fransalı hücumçu karyerasını Kiprin "Apollon" klubunda davam etdirəcək. Klub saytı 31 yaşlı futbolçu ilə 2022-ci ilin mayına qədər müqavilə imzaladığını açıqlayıb.

 

Dabo yeni klubunda 11 nömrəli forma altında çıxış edəcək.

 

Hücumçu 2018-ci ildə "Qəbələ"dən "Neftçi"yə keçmişdi. Dabo Azərbaycan Premyer Liqasında ümumilikdə keçirdiyi 83 oyunda 41 qol vurub, 9 assist edib.

 

Xəbər xətti