"Birmingem" və "Koventri"nin Renat Dadaşov mübarizəsi

12:12 - 4 İyul 2020

"Vulverhempton"un hücumçusu Renat Dadaşov İngiltərə Çempionşipində mübarizə aparan "Koventri" və "Birmingem" klublarının hədəfindədir.

 

Sportal.az "Coventry Live" nəşrinə istinadla xəbər verir ki, klublar 21 yaşlı futbolçunu icarəyə götürmək uğrunda mübarizə aparırlar.

 

"Birmingem" hələ qış fasiləsində Dadaşovu icarəyə götürmək istəyirdi. Ancaq "mavilər" gənc oyunçunun keçidində razılığa gələ bilməmişdi.

 

Renat Dadaşov "Vulverhempton"un U-23 komandasında çıxış edir. Azərbaycan millisinin üzvü mövsümün ilk yarısını icarə əsasında Portuqaliyanın "Pasuş de Ferreyra" klubunda keçirib.

Xəbər xətti