"Yuventus"da 60 il sonra bu göstəricini Ronaldo təkrarladı

“Yuventus”un hücumçusu Kriştiano Ronaldo A seriyasının 30-cu turunda "Torino" ilə matçda (4:1) qol vurmaqla rekorda nail olub.

 

Sportal.az xəbər verir ki, 35 yaşlı cari mövsüm çempionatda 25-ci qolunu vurub.

 

1960/61 mövsümündən sonra Turin təmsilçisinin heyətində çempionatda bir mövsüm ərzində 25 qol vuran futbolçu olmamışdı. Həmin mövsüm bu göstəriciyə Omar Sivori nail olmuşdu.

 

Bundan əlavə, portuqaliyalı futbolçu İngiltərə, İspaniya və İtaliya çempionatlarında bir mövsümdə 25-dən çox qol vuran ilk futbolçu olub.

 

Ronaldo 2018-ci ildən çıxış etdiyi "Yuventus"da ilk dəfə cərimə zərbəsindən qol vura bilib. O, bu müddət ərzində 42 cərimə zərbəsini boşa vermişdi. Ronaldo 43-cü cəhddə tilsimi qıra bilib.

Tarix: 5 İyul [18:06]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Avqust 2020
13  Avqust 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio