Rusiya Premyer Liqasında çempion müəyyənləşdi

00:00 - 6 İyul 2020

Rusiya Premyer Liqasında 2019/20 mövsümünün qalibi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 26-cı turda səfərdə "Krasnodar"ı məğlub edən "Zenit" çempionluğunu rəsmiləşdirib. Sankt-Peterburq təmsilçisi ən yaxın izləyicisi "Lokomotiv"i sona 4 tur qalmış 13 xal qabaqlayır.

 

“Zenit” tarixində 6-cı dəfə ölkə çempionu olub.

Xəbər xətti