"Lion" hücumçusunu satdı

16:01 - 7 İyul 2020

Fransanın "Renn" klubu "Lion"un hücumçusu Marten Teryeni transfer edib.

 

Sportal.az xəbər verir ki, 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. "Qırmızı-qaralar" bu keçid üçün 12+3 milyon avro təzminat ödəyib.

 

"Lion" fransalı futbolçunu 2018-ci ildə "Lill"dən 11 milyon avroya transfer etmişdi. O, ötən mövsüm 35 oyunda 6 qol vurub, 2 assist edib.

Xəbər xətti