"Zirə" kapitanı ilə yollarını ayırdı

15:45 - 13 İyul 2020

“Zirə”də ayrılıq baş verib.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, paytaxt təmsilçisi kapitan Cavid Hüseynovla yollarını ayırıb. Futbolçu ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib. 

 

32 yaşlı yarımmüdafiəçi ötən mövsüm 17 oyunda 2 qol vurub, 3 assist edib.

 

Xəbər xətti