"Pasuş de Ferreyra"nın futbolçusu Azərbaycanda oynaya bilər

Portuqaliyanın "Pasuş de Ferreyra" klubunun futbolçusu Pedrinyu Azərbaycandan təklif alıb.

 

Sportal.az "A Bola" nəşrinə istinadla xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin klubu ilə mövsümün sonunda başa çatacaq müqaviləsi uzadılmayacaq.

 

Çempionat bitdikdən sonra azad agent statusu daşıyacaq portuqaliyalı futbolçuya Kipr və Azərbaycandan təklif var. Nəşrdə onunla maraqlanan Azərbaycan klubunun adı açıqlanmayıb.

 

Pedrinyu 2016-cı ildən "Pasuş de Ferreyra"da çıxış edir. O, ötən mövsüm 35 oyunda 3 qol vurub, 3 assist edib.

Tarix: 20 İyul [09:48]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
30 Oktyabr 2020
29  Oktyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio