İnfantinoya qarşı cinayət işi açıldı

İsveçrənin Federal Prokurorluğu FIFA-nın prezidenti Canni İnfantinoya qarşı cinayət işi açıb.

 

Sportal.az xəbər verir ki, İtaliya əsilli isveçrəli funksioner rüşvətdə ittiham edilir.

 

İsveçrənin baş prokuroru Mixael Lauber ilə ali futbol qurumunun başçısı arasındakı əlaqlərin araşdırılması üçün bu ay xüsusi bir prokuror - Ştefan Keller təyin edildi. "Reuters"in məlumatına görə, xüsusi prokuror iki şəxs arasında cinayət davranışının əlamətlərini tapıb.

 

50 yaşlı futbol adamı 2016-cı ildə rüşvət qalmaqalına görə postundan istefa verən Jozef Blatterin əvəzinə FIFA prezidenti seçilib.

Tarix: 30 İyul [17:31]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Sentyabr 2020
18  Sentyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio