Super Liqaya yüksələn sonuncu komanda müəyyənləşdi

11:37 - 31 İyul 2020

Türkiyə Super Liqasına vəsiqə qazanan sonuncu klub müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 1-ci liqanın pley-off mərhələsinin finalında “Adana Dəmirspor”la “Fateh Karagümrük” qarşılaşıb.

 

Matçın əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən (6:5) “Fateh Qaragümrük” yüksək liqaya vəsiqə qazanıb.

 
Bundan əvvəl “Hatayspor” və “Ərzurumspor” Super Liqaya yüksəlmişdi.

Xəbər xətti