Məşhur futbolçu "Kopenhagen"dən ayrıldı

15:37 - 31 İyul 2020

Danimarkanın "Kopenhagen" klubu hücumçusu Dam Ndoye ilə yollarını ayırıb.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, 35 yaşlı hücumçunun başa çatan müqaviləsi uzadılmayıb. Klub ona 1 illik sözləşmə təklif etsə də, təcrübəli forvard razılaşmayıb.

 

Seneqallı hücumçu paytaxt təmsilçisində keçirdiyi 217 oyunda 118 qol vurmaqla klub tarixinin bombardiridir.

 

Seneqal millisinin üzvü olmuş Ndoye "Panatinaikos", "Lokomotiv" (Moskva), "Hall Siti", "Trabzonspor", "Sanderlend" kimi klublarda forma geyinib. 

Xəbər xətti