"Beşiktaş" isveçrəli futbolçu ilə razılığa gəldi

23:10 - 31 İyul 2020

"Beşiktaş" daha bir futbolçu ilə anlaşıb.

 

Sportal.az xəbər verir ki, "qara qartallar" "Bazel"dən ayrılan Kevin Bua ilə razılığa gəlib. 26 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçmək üçün tezliklə İstanbula gələcək.

 

İsveçrəli futbolçu 2016-cı ildə 1,5 milyon avroya "Sürix"dən "Bazel"ə keçmişdi. O, ötən mövsüm keçirdiyi 29 oyunda 10 qol vurub, 8 assist edib.

Xəbər xətti